Prezidentin yüksək vəzifə verdiyi Əmirbəyov kimdir?

Pezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Elçin Əmirbəyov dövlət başçısının xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.

Elçin Əmirbəyov 2017-ci ilədək ölkəmizin Müqəddəs Taxt-Tacda (Vatikan Dövlətində) və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən çalışıb. O, daha əvvəl isə Azərbaycanın Fransada səfiri olub.

2017-ci ildən isə Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi vəzifəsini icra edib.

Bildirilir ki, E.Əmirbəyov Xəzər Tədqiqatlar Proqramının təqaüdü ilə Harvard Universitetinin Kennedi Məktəbində MPA-İnzibati İdarəetmə (dövlət idarəçiliyi) üzrə magistr təhsili alıb.

Onun səfir kimi fəaliyyəti dövründə Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xidmətləri olub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button