Prokuror Müsavat başqanının müavininə cəza istədi

Ferec Kerimli29.04.2015

Dövlət ittihamçısı Fərəc Kərimlinin 7 il 6 ay azdlıqdan məhrum edilməsini istəyir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə Müsavat Partiyası başqanının müavini Fərəc Kərimlinin cinayət işi üzrə məkhəmə prosesi keçirilib. Prosesdə dövlət ittahmçısı çıxış edərək, irəli sürülmüş ittihamların sübuta yetirildiyini bildirib və Fərəc Kərimlinin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Müdafiə tərəfinin vəkili Nemət Kərimli çıxış üçün vaxt istəyib. Məhkəmə prosesi mayın 6-da dəvam edəcək.

Qeyd edək ki, Fərəc Kərimli narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilir. O, ittihamları qəbul etmir, siyasi fəaliyyətilə əlaqədar həbs edildiyini bildirir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button