Putin: “Rusiya müsəlman ölkələrilə dostdur!”

Rusiya, regional böhranların həlli, terrorçuluq və ekstremizmin təzahürləri ilə mübarizədə müsəlman ölkələrinə dəstək verəcək.

Bu barədə Rusiya prezidenti Vladimir Putin, “Rusiya – İslam dünyası” 12-сi Beynəlxalq İqtisadi Sammitinin açılışında iştirakçıları salamlayarkən bildirib. Sitat: “Rusiya və müsəlman ölkələri arasındakı münasibətlər, ənənəvi olaraq dostluq, konstruktiv xarakter daşıyır. Biz dinlər və mədəniyyətlərarası dialoqun inkişafı, beynəlxalq sabitlik və təhlükəsizliyin təminatı, daha ədalətli, demokratik dünya nizamının qurulması maraqlarında qarşılıqlı əlaqədəyik.

Ticari-iqtisadi, elmi-texniki, humanitar və bir çox digər sahələrdəki çoxplanlı əlaqələr yaxşı nəticə verir. Qeyd etmək istəyərdim ki, bizim həmkarlarımız regional böhranlar və kəskin sosial problemlərin həlli, terrorçuluq və ekstremizmin bütün təzahürləri ilə mübarizədə, tam şəkildə Rusiya Federasiya tərəfindən olan dəstəyə arxalana bilərlər”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button