Putin üçtərəfli görüşün məqsədini “Qarabağın dirçəlişinə şərait yaratmaq” adlandırıb

Rusiya prezidentinin sözlərinə görə, bir il ərzində Qarabağdakı vəziyyəti həll etmək üçün çox işlər görülüb. Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli danışıqların məqsədini “Dağlıq Qarabağın dirçəlişinə şərait yaratmaq” adlandırıb.

“Mənə elə gəlir ki, əslində bizim bütün səylərimizin məqsədi də budur, daha doğrusu, regionun dirçəlişinə şərait yaratmaq, insanların orada özlərini təhlükəsiz hiss etmələri və normal təsərrüfat fəaliyyəti ilə məşğul ola bilmələri üçün şərait yaratmaqdır”. – deyən Putin əmindir ki, Rusiya, Ermənistan və Azərbaycan ümumi maraqlar naminə ölkələr arasında əlaqələri gücləndirməyə çalışmalıdırlar.

“Biz əsrlər boyu vahid dövlətin tərkibində bir yerdə olmuşuq, bizim çox dərin tarixi bağlarımız var və onların dağılmasını istəməzdik. Əksinə, biz onları bərpa etməyə və gələcəkdə də qoruyub saxlamağa çalışmalıyıq”, – deyə Putin bildirib.

Hazırda Dağlıq Qarabağda irimiqyaslı hərbi əməliyyatlar aparılmır və bu onu göstərir ki, regionda vəziyyətin nizamlanması üçün çox işlər görülüb”, – deyə prezident qeyd edib.

“Hələ bir il ərzində çox işlər görülüb”, – deyən Putinin sözlərinə görə, “Heç bir irimiqyaslı hərbi əməliyyatlar aparılmır, bu, özlüyündə çox yaxşıdır”. O bildirib ki, il ərzində Qarabağdakı vəziyyətin həlli üçün çox işlər görülüb, lakin təəssüf ki, indiyədək bütün məsələlər həllini tapmayıb:

“Həqiqətən də, bu müddət ərzində çox işlər görülüb. Təəssüf ki, hələ ki, bütün məsələlər öz həllini tapmayıb, mən sərhəddə baş verən hadisələrdən, hər iki tərəfdən insanların öldüyü və yaralandığı faciəli hadisələrdən xəbərim var”.

Putinin sözlərinə görə, bütün bunlar liderlərdən xüsusi diqqət tələb edir. “Əslində bunun üçün biz də bu gün gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün toplaşmışıq. Amma ümumilikdə bir il ərzində çox işlər görülüb”. deyə Putin qeyd edib.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button