Putinin Paşinyanla telefon danışığı olub

Putin və Paşinyan Dağlıq Qarabağ ətrafında mövcud vəziyyəti də müzakirə ediblər

Tərəflər Qazaxıstanda KTMT-nin sülhməramlı əməliyyatını müzakirə ediblər

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstanda sülhməramlı əməliyyatının gedişatını müzakirə edib. Bu barədə çərşənbə günü Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir:

“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında sədrliyi nəzərə alınaraq, KTMT-nin Qazaxıstanda sülhməramlı əməliyyatının gedişi ilə bağlı fikir mübadiləsi aparılıb. Sülhməramlı kontingentin respublikada vəziyyətin normallaşmasına töhfə verən səmərəli əlaqələndirilmiş hərəkətləri olub.”

Bundan əlavə, Putin və Paşinyan Dağlıq Qarabağ ətrafında mövcud vəziyyəti və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarında qeyd olunan razılaşmaların həyata keçirilməsinin bəzi məsələlərini müzakirə ediblər.

Rusiya prezidenti və Ermənistanın baş naziri müxtəlif səviyyələrdə təmasları davam etdirmək barədə razılığa gəliblər, Kreml əlavə edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button