Qənimət Zahidə ithaf: “Sən içdən azadsan, içdən…”

Bu şeiri Vətəndən uzaq düşüb mühacirət həyatı yaşayan

tanınmış jurnalist Qənimət Zahidə ithaf edirəm

 

Eheey, Vətən oğlu, necəsən?

Kefin-əhvalın necədir?

Bir ağrıyan yerin,

bir deyiləcək sözün varmı, de?!

Bizdən inciməyə, küsməyə

haqqın var.

Haqqın var ki, səni qoruyammadıq.

İndi söz-söz, misra-misra

xatırlayırıq səni.

Özü də bilirsən harda?

Xarici pasport almaq üçün

növbəyə duranların sırasında.

Ehh… Biz əclafın yekəsiyik!..

Xaqanini də, Nəsimini də

belə didərgin salmışıq vətəndən.

Seyid Əzimi, Sabiri daşqalaq

edənlərdən nə gözləyirsən?

Gözləyirsən ki, desinlər

“Qənimət Zahidi də belə

yolladıq qürbətə?”

Sən haqsızlıqlara qarşı vuruşaraq

bu Vətəndə yaşamaq haqqından keçdin.

Sən qazamatda olanda da

səndən azadlıq qoxusu gəlirdi, qardaş!

İstər Vətən olsun, istər qürbət…

Harada olmağından asılı olmayaraq

insan içdən azad olmalıdır, içdən.

Sən içdən azadsan, ey vətəndaşları

kölə Vətənin məğrur övladı!

Sənə “Azadlığın mübarək!” deyimmi?

Çaşıb birdən qayıtmaq fikrinə düşərsən…

Gəlmə, qardaş, gəlmə!

Səni didərgin salan Vətən

ermənilərə pulsuz, öz vətəndaşlarına

pullu qaz verməklə

qaz vurub qazan doldurur.

Hara gəlirsən?

Təhsilindən nəcasət qoxusu

gələn bir ölkəyəmi?

Yoxsa, səhiyyəsi tibb bacısından

tutmuş nazirinə qədər

rüşvətə bulaşmış bir ölkəyə?

Lap yalvarsalar da, ağız açsalar da

gəlmə, qardaş!

Gəlsən də bu kölə halına

salınmışlardan eşidəcəyin

vur-tut bu bir-iki kəlmə söz olacaq:

“Ayə, harya gəlersən, ayə?”

 

İbrahim Həssas

28 noyabr 2017-ci il

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button