Qənimət Zahidin qardaşlarının evində axtarış gedir
“Azadlıq” qəzetinin baş redaktoru və “Azərbaycan saatı” proqramının müəllifi Qənimət Zahidin ailə üzvlərinə qarşı təqib davam edir.
Bu dəqiqələrdə “Azadlıq”a daxil olan məlumata görə, Qənimət Zahidin doğma kəndi olan Meysəridə onun qardaşlarının evində axtarış aparılır. Hazırda ev polisin əhatəsindədir.
Polisin evdə hansı bəhanə ilə axtarış apardığı hələlik məlum deyil. Xatırladaq ki, ötən həftə Q.Zahidin iki qardaşı oğlu və əmisi oğlu əsassız ittihamlarla həbs edildi. Q.Zahid bu həbsləri və qohumlarına qarşı həyata keçirilən represiyaları fəaliyyəti ilə əlaqələndirir.