Qadın zorakılığına 12 açıqca-KAMPANİYA

Şəhla İsmayıl “Qadınlara Qarşı Zorakılığa Son!” Kampaniyasından yazdı…

“Qadınlara Qarşı Zorakılığa Son!” Kampaniyası bütün dünyada 25 noyabr (Qadınlara qarşı zorakılıqla mübarizə üzrə beynəlxalq gün) və 10 dekabr (Beynəlxalq insan hüquqları günü) tarixləri arasındakı 16 gün müddətində qeyd olunur və bu kampaniyanın Azərbaycanda da qeyd olunmasını Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) həyata keçirir. Builki “Kimdir günahkar” kampaniyası (#kimdirgunahkar) zorakılığa məruz qalmış qadınların bu zorakılıqdakı günahkarlarını sorğulamaq məqsədini daşıyır. Bu məqsədlə kampaniyanın təşkilatçılarından olan RİQS-in sədri Şəhla İsmayıl özünün facebook səhifəsində yazı paylaşıb. Şəhla İsmayılın statusunu xural.com olaraq təqdim edirik:

“Qadınlara Qarşı Zorakılığa Son!” Kampaniyası bütün dünyada 25 noyabr (Qadınlara qarşı zorakılıqla mübarizə üzrə beynəlxalq gün) və 10 dekabr (Beynəlxalq insan hüquqları günü) tarixləri arasındakı 16 gün müddətində qeyd olunur və təşkilatımız hər il bu kampaniyanı Azərbaycanda da qeyd edir. Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin (RİQC) bu ilki “Kimdir günahkar” kampaniyası (#kimdirgunahkar) zorakılığa məruz qalmış qadınların bu zorakılıqdakı günahkarlarını sorğulamaq məqsədini daşıyır.

Qadınlara qarşı zorakılığın çoxlarının düşündüyü kimi tək fiziki və ya cinsi deyil, həmçinin iqtisadi və psixoloji formaları mövcuddur. Hətta son iki forma daha çox yayılmışdır. Bəs bu vəziyyətdə günahkar kimdir? Qadın? Kişi? Qanunlar? Din? Cəmiyyət? Suallar çoxdur…. Biz inanırıq ki, istənilən problemin həlli onun mənbəyinin tapılmasından başlayır. Biz bu kampaniya ilə bütün dünyada mövcud olan ən aktual problemlərdən biri olan qadına qarşı zorakılığın gözə görünən və görünməyən mümkün səbəblərini qələmə aldıq. Bu Kampaniya müddətində diqqətinizə çatdırdığımız 12 açıqca qadın zorakılığında günahkar sayıla biləcək ən kiçik fiqurdan başlayır və bir çox məqamları əhatə edərək diqqəti artırmağa hədəflənir. Biz inanırıq ki, #kimdirgunahkar” silsiləsində zorakılığa məruz qalan hər bir qadın özünü ən azı bir situasiyada görməklə vəziyyəti dəyişmək üçün bir addım atmağa çalışacaq. Əvvəlcədən qeyd etmək istərdik ki, bu açıqcalardakı günahlandırılan subyektlər şəxsə yönəlik olmayıb, ümumi ünvanlı olaraq hazırlanmışdır.

Bu Kampaniyanı zorakılığa məruz qalan, öldürülən, hüquqlarından məhrum edilən Azərbaycan qadınları adından təşkil edirik. Əminik ki, bərabər səylərimiz nəticəsində ölkəmizdə qadına yönəlik zorakılıq aktları kimi neqativ fenomenin sayı azalacaqdır.

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) 2002-ci ildə qadınların imkanlarını gücləndirmək və bərabər iştirakını təmin etmək vasitəsilə Azərbaycanın inkişafına öz töhfəsini vermək məqsədilə birləşən bir qrup fəal qadınlar tərəfindən yaradılmışdır. Qeyri-hökumət, qeyri-siyasi və qeyri-kommersiya qadın təşkilatı olan RİQC 2005-ci ildə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. “Kimdir günahkar” kampaniyası (#kimdirgunahkar) təşkilatımızın 15 illik fəaliyyətinə həsr olunubdur. İstifadə olunan fotolar RİQC-in sifarişi ilə #kimdirgunahkar silsiləsi üçün rəssam Nərminə Vəliyevanın çəkdiyi bodi-art (bədən üzərində incəsənət) əsərlərini əks etdirir.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button