Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyəti əlindən alındı

zevvarlarAzərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni səlahiyyət verilib. 

Nazirlər Kabinetinin qərarına əsasən, “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər”ə 22.4-cü bənd əlavə edilib.

Yeni bəndə əsasən, xarici ölkələrdə yerləşən ziyarətgahlara turlar nəzərdə tutan turizm fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) rəsmiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi tələb olunacaq.

Qeyd edək ki, bu vaxta qədər ziyarətgahları tuirları Qafqaz Müsəlmanları Ruhani İdarəsi həyata keçirirdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button