“Qalxın ayağa, Paşinyan gəlir!…”

Paşinyana qarşı protokol qaydaları dəyişdi

Bu gün Ermənistan hökumətinin iclasından əvvəl baş nazirin aparatının protokol rəhbəri Vaqe Akopyan Nazirlər Kabinetinin üzvlərini xəbərdar edib ki, Nikol Paşinyan içəri daxil olanda hamı ayağa qalxmalı və onu ayaq üstə salamlamalıdır.

Bu yenilik Ermənistanda böyük rezonansa səbəb olub, çünki indiyədək hökumət başçısını ayaq üstə qarşılamaq kimi qayda yox idi. Bəs nə baş verdi ki, son seçkilərdən sonra hökumət üzvləri qarşısında Paşinyanı ayaq üstə salamlamaq tələbi qoyuldu, bəlkə Paşinyanın seçki kampaniyası zamanı bəhs etdiyi diktatura (hərçənd o, “qanunun diktaturası” haqda danışırdı,-red.) artıq başlayıb?

Hökumət üzvlərindən biri, ətraf mühit nazirinin səlahiyyətlərini icra edən Romanos Petrosyan jurnalistlərin bu sualına cavab verməyə çalışıb, deyib ki, ölkənin birinci şəxsi içəri girəndə onu ayaq üstə salamlamaq korrekt olardı. Və bunun diktatura ilə heç bir əlaqəsi yoxdur.

“Bunun diktatura ilə heç bir əlaqəsi yoxdur. Dövlətin birinci şəxsi zala daxil olanda korrekt olardı ki, onu ayaq üstə salamlasınlar”,-Petrosyan deyib.

Bəs nəyə görə bu qayda əvvəllər işə salınmayıb? Petrosyan deyib ki, ola bilsin “əvvəl məxmər idi, indi polad”. Qeyd edək ki, seçki kampaniyası zamanı Paşinyan xalqdan “inqilab işini” tamamlamaq üçün “dəmir mandat” istəyib. Daha sonra ona simvolik olaraq dəmir yox, lap poladdan düzəldilmiş mandat veriblər.

Erməni KİV-ləri qeyd edirlər ki, hökumətin iclaslarına dair videoyazıların monitorinqi nə Nikol Paşinyanın, nə Serj Sərkisyanın və Karen Karapetyanın baş nazir olduqları dövrdə hökumət üzvlərinin baş naziri ayaq üstə qarşılamadıqlarını göstərir.

Lakin Serj Sərkisyan prezident statusunda hökumətin iclaslarına başçılıq edəndə nazirlər onu ayaq üstə salamlayırdı.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button