Qarabağ Komitəsi Bakı meriyası ilə məhkəmədə-50.000 AZN təzminat tələbi

Qarabağ Komitəsi Bakı şəhər icra hakimiyyətindən mənəvi zərərə görə 50 min manat kompensasiya tələb etdi

 

Bu gün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Qarabağ Komitəsinin Bakı şəhər icra hakimiyyətinə qarşı iddiasına baxılıb. Miminat Hacıyevanın sədrliyi ilə keçirilən məhkəmədə 16 fevral mitinqi üçün müraciət edən bir qrup Qarabağ Komitəsi üzvünün Bakı şəhər İcra hakimiyətinin “Erməni işğalına son”, “Qarabağa azadlıq” şüarları ilə planlaşdırılan mitinqin qadağan edilməsi qərarından şikayətinə baxılıb. İddiada Bakı şəhər icra hakimiyyətinin qərarının qanunsuz və əsassız sayılaraq ləğv edilməsi, sərbəst toplaşma azadlığının kobud şəkildə pozulması faktının məhkəmə qərarı şəklində qeydə alınması və mənəvi zərərə görə AR Silahlı Qüvvələrinə yardım Fonduna və şəhid ailələrinin hesabına köçürülməsi şərtilə 50 min manat kompensasiya ödənilməsi barədə qərar çıxarılması tələb edilib. Məhkəmə prosesində iddianı Pənah Hüseyn və Əvəz Zeynallı müdafiə ediblər. Bakı şəhər icra hakimiyyətinin Fuad adlı nümayəndəsi çıxış edib. Pənah Hüseynin, Əvəz Zeynallının çıxışlarından sonra Bakı şəhər icra hakimiyyətinin nümayəndəsi çıxış edib və ona suallar ünvanlanıb.

Məhkəmə baxışı 27 mart 2019-cu il, saat 09.00-da davam etdiriləcək.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button