Qarabağ Komitəsi xəbərdarlıq etdi: Yeni mitinqlər dalğası başlayacaq!

Bu gün KXCP qərargahında Qarabağ Komitəsinin novbəti toplantısı keçirilib. Xural.com xəbər verir ki, gündəmdə təşkilatı məsələlər, Qarabağ Komitəsinin 2019-cu il üçün əsas fəaliyyət istiqamətlərinin müzakirəsi, 15 dekabr mitinqinə qoyulan qadağa və bunun nəticəsində başlanan məhkəmə prosesləri, yeni mitinqin vaxtının təyin olunması və cari məsəıələr müzakirı olunub. Qarabağ Komitəsi jurnalist Dəyanət Babayevin, AXCP Rəyasət Heyətinin üzvü Məhəmməd Məcidlinin, keçmiş Qarabağ döyüşçüsü Tahir Axundovun, ADP Kəlbəcər rayon təşkilatının sədri Nəsimi Mahmudovun və Qarabağ Azadlıq Təşkilatının üzvü, keçmiş döyüşçü Elmidar Əsədovun müraciətlərini nəzərə alaraq onları Komitəyə üzv qəbul etdi.
Sonra qadağan olunan mitinq və yeni mitinq müzakirələri oldu. Qərarlaşdırıldı ki, yanvar ayının birinci ongünlüyündə yeni mitinqin tarixi müəyyənləşdirilsin və bunun üçün Koordinasiya Qrupuna səlahiyyət verilsin.
Daha sonra Qarabağ Komitəsinin təşkil etdiyi və Şəhid ailələrinə verilməli olan “qan pulu” məsələsi müzakirə olunan dəyirmi masa keçirildi. Dəyirmi masada və başqa məsələlərdəki müzakirələrdə İsgəndər Həmidov, Pənah Hüseyn, Akif Nağı, Əvəz Zeynallı, Cəfər Baxış, Mirmahmud Mirəlioğlu, Məhəmməd Məcidli, Sahib Mirzəyev, Əlövsət Sadıqlı, Sahib Kərimli, Yusif Süleymanlı, Əhəd Məmmədli, Həsən Həsənov, Taleh Əliyev, İlqar Əli, Rəşid Əlibəyli, Rövşən Məmmədli, Firuz İbrahimov və digərləri çıxış edərək fikir bildiriblər.
Həm Qarabağ Komitəsinin, həm də dəyirmi masanın aparıcısı Qarabağ Komitəsinin Koordinatoru Tural Abbaslı olub. Həm Komitə, həm də dəyirmi masa canlı yayınlanıb.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button