Qaradağda dəfn olunan Şəhidlərin nəşi Şəhidlər Xiyabanına köçürüldü-problem həll olundu

Qaradağda, uyğunsuz yerdə dəfn olunan Şəhidlərin mübarək nəşi Yasamal rayonunda yerləşən Şəhidlər Xiyabanına (İkinci Fəxri Xiyaban) köçürülüb. Musavat.coma bu barədə rəsmi mənbələrdən məlumat daxil olub.

Bununla da haqsızlığa son qoyulub, Şəhid analarının günlərdir davam edən əzabları dindirilib.

Xatırladaq ki, günlərdir İkinci Qarabağ müharibəsində həlak olan 18  şəhidin valideynləri övladlarının Qaradağ rayonu ərazisində dəfn olunmasına etiraz edirdilər. Buna səbəb həmin ərazidə yerləşən məzarlığın əvvəllər bataqlıq olması və qəbirləri su basması idi.

Məmur etinasızlığı ucbatından baş verən bu məsələ az qala 44 günlük şərəfli tarixə kölgə salacaqdı.

Artıq problem həll olub və Şəhidlərimiz yeni salınmış Yasamal rayonunda yerləşən Şəhidlər Xiyabanında, öz qardaşlarının yanında uyuyacaqlar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button