Qarşıdakı 20 il üçün Bakının baş planını Almaniya şirkəti hazırlayıb

Bakı şəhərinin Baş planının hazırlanması üzrə tenderin qalibi Almaniyanın “AS+P” şəhərsalma şirkəti seçilib, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat verir.


“AS+P” şirkəti Bakının Baş planının hazırlanması prosesinin 2-ci mərhələsinin reallaşdırılmasında iştirak edəcək.

Bu mərhələdə görüləcək işlər “Boston Consulting Group” beynəlxalq məsləhətçi şirkəti tərəfindən işlənib hazırlanacaq inkişaf konsepsiyası ilə müəyyənləşdirilmiş prioritetlər üzərində qurulacaq.

Baş planın hazırlanmasının 2-ci mərhələsi çərçivəsində Bakı ərazisinin strateji və çoxsəviyyəli planlaşdırılması, əsas inkişaf göstəriciləri üzrə modelləşdirmə ilə bağlı texniki işlər aparılacaq.

Nəzərdə tutulan bu çoxşaxəli kompleks fəaliyyət çərçivəsində müxtəlif incələmə səviyyəsində bir sıra istiqamətlər, o cümlədən ərazilərin istifadəsi, “yol-nəqliyyat infrastrukturunun və ictimai nəqliyyat sisteminin inkişafı”, “ətraf mühitin və ekoloji durumun yaxşılaşdırılması”, “mühəndis-kommunikasiya sisteminin inkişafı”, “ictimai məkanların inkişafı”, “əsasli tikinti və tikinti sıxlığının tənzimlənməsi” üzrə proqramlar hazırlanacaq.

Bakının Baş planının hazırlanması işi 2020-ci ilin sonunadək başa çatdırılacaq.

O, şəhərin qarşıdakı 20 il üçün inkişaf planını müəyyənləşdirəcək. Hazırkı Baş planın müddəti 2005-ci ildə başa çatıb.

Tender proseduru 2018-ci ilin dekabr ayından 40-dan artıqq qiymətləndirmə meyarları əsasında keçirilib.

Tenderdə 20-ə yaxın xarici şirkət iştirak edib.

AS + P-nin rəsmi veb-saytında bildirilir ki, 2007-2008-ci illərdə Bakıda 2016-cı ildə keçirələcək birinci Avropa oyunları üçün olimpiya kompleksinin tikintisi layihəsi hazırlanmışdır. Göründüyü kimi, nəticədə, layihə Azərbaycan tərəfindən qəbul olunmayıb .

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button