Qubad İbadoğlu ABŞ-a getdi

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu yenidən ABŞ-ın paytaxtı Vaşinqtona səfər edib. Musavat.com-un Vaşinqtondan aldığı məlumata görə, ADR sədrinin ABŞ-a növbəti səfəri işgüzar və qısa müddətli xarakter daşıyır. 
Onun yalnız ABŞ-ın paytaxtında planlaşdırılan görüşləri 1 həftə ərzində yekunlaşacaq. Qubad İbadoğlunun verdiyi məlumata görə, o, bu səfər çərçivəsində ikitərəfli və çoxtərəfli görüşlər keçirəcək, akademik və siyası dairələrdə çıxışlar edəcək. Onun əsas görüşləri ABŞ Dövlət Departamentinin, Konqresin nümayəndələri, senatorlarla, Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun yüksək səviyyəli rəsmiləri ilə olacaq. Bundan əlavə, ADR sədri mərkəzi qərargahı Vaşinqtonda yerləşən nüfuzlu beynəlxalq təşkilatların  təmsilçiləri, siyası analitiklərlə və jurnalistlərlə görüşəcək.
ABŞ-a səfər çərçivəsində Qubad İbadoğlu müxtəlif çeşidli mövzuların, o sıradan da, regionda geopolitik durum, Azərbaycanda cağdaş ictimai-siyası, sosial-iqtisadi vəziyyət, təklif olunan konstitusiya dəyişiklikləri və islahatlar gözləntilərinə dair müzakirələrə cəlb olunacaq.
Qubad İbadoğlu həmçinin  Vaşinqtonda yaşayan Azərbaycan icmasının nümayəndələri və Azərbaycanlı tələbələrlə də görüşlər keçirəcək.
Səfər proqramı sentyabrın 14-də yekunlaşacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button