Qubad İbadoğlu: “Enerjinin qiyməti niyə artırıldı?”

xural.com Qubad İbadoğlunun facebook statusunu təqdim edir:

“Azərbaycan elekrtik enerjisinin qiymətində bahalaşmanın “çürük” arqumentləri

Tarif Şurasının işığın qiymətinin bahalaşması ilə bağlı əsaslandırması əksinə, işığın qiymətinin ucuzlaşdırılması ilə əlaqədar arqumentləri gücləndirir. Belə ki:
Qeyd 1. Abonentlərin sayı təxminən 1 milyona yaxın artaraq 2,5 milyonu ötmüşdür. Bu, o deməkdir ki, elektrik enerjisindən satışının dövriyyəsi və ondan daxil olmalar çoxalıb və nəticədə şirkət daha çox gəlir əldə edib.
Qeyd 2. Ötən 10 ilə yaxın müddət ərzində istehsal güclərinin artırılması, paylayıcı şəbəkələrin genişləndirilməsi, itkilərin azaldılması, enerji təchizatının davamlılığının təmin edilməsi üçün böyük həcmdə investisiya qoyulmuş və xidmətin keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlmişdir. İtkilərin azalması da elektrik enerjisinin maya dəyərinin ucuzlaşmasını və gəlirlərin çoxalmasını şərtləndirir. Bu da o deməkdir ki, şirkətin itkilərin azalmasından əldə etdiyi elektrik enerjisini də satışa çıxarıb və əvvəlki illərdən daha çox qazanıb.
Qeyd 3. Dünya bazarında neftin qiymətinin ucuzlaşması, elektrik enerjisinin istehsalında əsas xammal rolunu oynayan qazın da qiymətini aşağı salmışdır. Bu da son nəticədə şirkətin istehsal etdiyi elektrik enerjisinin maya dəyərində əsas xərc payına malik olan qaz alışına məsrəflərin aşağı düşməsini şərtləndirir.
Nəticə: Əgər elektrik enerjisinin alıcılarının sayı artırsa, onlar vaxtlı-vaxtında ödənişlər edirsə, eləcə də istahsalda, paylaşmada itkilər azalırsa, əsas xammal olan qazın dünya bazar qiymətində ucuzlaşma qeydə alınırsa, onda işığın qiyməti bahalaşmalı deyil, əksinə ucuzlaşmalıdır. Bunu iqtisadi qanunauyğunluqlar çoxdan sübut edib. Bizdə isə bu arqumentləri işığın qiymətini bahalaşdırmaq üçün istifadə edirlər.”

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button