Qüdrət Qurbanov Dövlət Dəniz Agentliyinin başçısı təyin olundu

Azərbaycan Prezidenti İlham Əliyev Qüdrət Qurbanovun Dövlət Dəniz Agentliyinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə məlumatı “AzərTAc” agentliyi yayıb.

Qeyd edək ki, Qüdrət Qurbanov Bakı Dənizçilik Məktəbinin və Novorossiysk Ali Dəniz Akademiyasının məzunudur.

Müxtəlif gəmilərdə matrosluqdan başlayaraq, o, artıq gənc yaşlarında uzaq məsafəli gəmilərin kapitanı vəzifəsinədək yüksəlib.

Qüdrət Qurbanov uzun illər sərnişin bərələrində kapitan kimi çalışıb, sonradan isə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində təlimçi-kapitan və baş şturman vəzifələrini tutub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button