Qurban Yetirmişli Celal Şengörün Azərbaycanda zəlzələ olacağı ilə bağlı açıqlamasına aydınlıq gətirib

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli İstanbul Texniki Universitetinin Avrasiya Yer Elmləri İnstitutunun əməkdaşı Celal Şengörün bir müddət əvvəl Azərbaycanda zəlzələ olacağı ilə bağlı açıqlamasına aydınlıq gətirib.

“Report” xəbər verir ki, o, bu barədə Xəzər dənizində baş vermiş zəlzələyə dair keçirilən mətbuat konfransında jurnalistlərin sualına cavab olaraq deyib.

“Celal Şengör Azərbaycanda iyulun 4-ü gecə saat 00:01-də zəlzələ olacağını demişdi? Xeyr. Mən də deyirəm ki, Yaponiya, İran və Çində zəlzələlər olacaq. Olanda deyərsiniz ki, demişəm. Bununla yanaşı fevralın 6-dan sonra İstanbulda zəlzələ olacağı deyilir. 20 milyonluq şəhər əhalisi zəlzələ anını oturub gözləməlidir? Bu, absurddur. Ona görə deyirəm ki, şayiələrə qəti inanmayın”, – Q.Yetirmişli bildirib.

Qeyd edək ki, yerli vaxtla iyulun 4-ü saat 00:01-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ Quba, Xaçmaz, Şabran, Siyəzən 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala qədər hiss olunub. Təkanların maqnitudası 5,5, dərinliyi isə 65 km olub. Dağıntı və tələfat olmayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button