Rəşad Mahmudov Eldəniz Səlimov barədə: “Mərd, alicənab və vətənpərvər…”

“İnsan oğlunun buraxdığı səhvi başa düşməsi, eləcədə sonra üzr istəmək mədəniyyətini ortaya qoyması ərdəmlikdir, yaxşı mənada cəsarətdir”.

Bakupost.az-ın xəbərinə görə, bu barədə deputat Rəşad Mahmudov polisi döyən həmkarı Eldəniz Səlimovun sosial şəbəkədə yaydığı açıqlamaya şərhində bildirib.

“Fəaliyyətinizə qiymət vermək (seçicilərinizin haqqıdır) mənə düşməz. Məlum hadisəyə rəy və qərar bildirmək Milli Məclisin İntizam Komissiyası və Ədliyyə orqanlarının vəzifəsidir. Partiyamız adına da arzuolunmaz bir hadisədir deyə bilərəm. Amma mən şəxsim adına mərd, alicənab və vətənpərvər bir insan kimi sizi tanıdığıma çox şadam” – R.Mahmudov qeyd edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button