Rəsul Quliyevdən Hüseyn Abdullayevə dəstək-BƏYANAT

Xural.com-a Rəsul Quliyevi müdafiə edən Gələcək Azərbaycan Partiyası-nın mətbuat xidmətindən bəyanat daxil olub. Bəyanatda deyilir: 

2018-ci ildə keçiriləcək prezident seçkiləri Müstəqil Azərbaycan Respublikasının tarixində sayca 7-ci prezident seçkiləridir. Bu seçkilərdə namizədliklərini elan etmiş iki namizədə hakimiyyətin xüsusi münasibət göstərməkdədir. Artıq 1 aydan çoxdur ki, 2018-ci ildə keçirilməsi planlaşdırılan prezident seçkilərində iştirakla bağlı iddialarını ortaya qoymuş eks-spiker Rəsul Quliyevə və keçmiş millət vəkili, bəstəkar Hüseyn Abdullayevə qarşı iqtidar medialarında silsiləli formada qara piar aparılmaqdadır. İlk olaraq seçkilərdə iştirak etmək üçün bütün imkanlarını səfərbər edəcəyini açıqlayan eks-spiker Rəsul Quliyevə qarşı bu qara piar aparılsada, daha sonra Hüseyn Abdullayevin prezident seçkilərində iştirakla bağlı iddiasından sonra məlum qara kampaniya Hüseyn Abdullayevə qarşı yönəlmişdir. Xüsusilə bu qara kampaniyada fəal iştirak edən media orqanı kimi hakimiyyətin nəzarətində olan www.haqqin.azwww.virtualaz.org saytları çıxış etmiş və bütün ağla-sığmaz yalanları hazırda da tirajlanmaqdadır. Hər iki namizədin prinsipial mövqeyi, qətiyyəti və əzimkarlığı hakimiyyətin “beyin” mərkəzinin əndişəsinə səbəb olmuşdur. Bu nüansı nəzərə aldıqda hakimiyyətin xüsusi qaydada narahatçılığı anlaşılandır.

Biz Gələcək Azərbaycan Partiyası olaraq hakimiyyətin əndişəsinin, narahatçılığının əbəs olduğunu, bir gün gələnin bir gün getmək zorunda olduğunu xatırladaraq, prezident seçkilərində iştirakla bağlı iddialarını ortaya qoymuş namizədlərə qarşı bu tip iyrənc kampaniyasını qətiyyətlə pisləyir, Sovet siyasi psixologiyasının artıq işə yaramadığını, əksinə namizədlik iddiasında olan Azərbaycanın görkəmli ictimai-siyasi xadimlərinə qarşı bu tip yalan və qərəzli məlumatlarla hakimiyyətin özü-özünü ifşa siyasəti yürütdüyünü açıq formada bəyan edirik. Gələcək Azərbaycan Partiyası olaraq hakimiyyətin son 15 gün ərzində keçmiş millət vəkili, bəstəkar Hüseyn Abdullayevə qarşı apardığı kampaniyanı siyasi əxlaqdan kənar, siyasi etikaya sığmayan hərəkət kimi dəyərləndirir, namizədlərə qarşı bu tip əxlaqdan qıraq qara kampaniyanın dayandırılmasını qeyri şərtsiz olaraq tələb edirik!

YAP hakimiyyətin bu tip komedik siyasət yürütməsi, rəqiblərə qarşı yalanlar tirajlamasının siyasi etikadan kənar hesab edərək, hakimiyyəti düşünməyə və namizədlik iddiasında olan müxalif qüvvələrə dözümlü olmağa çağırırıq. Hər halda bizim Gələcək Azərbaycan Partiyası olaraq çağırışımız xoş niyyətdən və siyasi etikadan irəli gəlməkdədir.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button