Rafiq Tağının və Əvəz Zeynallının işi üzrə təhqiqatın aparılması üçün jurnalist qrupları yaradılıb

2011 Dekabr 06

CONTACT

Azərbaycanda ilk dəfə jurnalistlərə hədə və zorakılıqların qarşısının alınması üzrə layihə həyata keçirilməyə başlayıb. “Preventiv cavab qrupu” (PCQ) adlı layihəni Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun maliyyə yardımı, Jurnalistlərin və Söz Azadlığının Müdafiəsi Fondunun hamiliyi ilə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu həyata keçirir.

Layihədə məqsəd KİV işçilərinin təhlükəsizlik sisteminin yaradılması, onların həyatına, sağlamlığına və azad jurnalist yaradıcılığına təhdidlərin aradan qaldırılmasıdır.

Bu məqsədlə “Preventiv cavab qrupu” – Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATI) 2-5 ixtisaslı əməkdaşdan (keçmiş jurnalist, vəkil, tibb işçisi) ibarət mobil bölməsi yaradılır. Onlar KİV işçilərinin həyatına, sağlamlığına və azadlığına təhlükənin qarşısını almaq üçün tədbirlər görəcək:

– KİV işçilərinin həyatı və fəaliyyəti üçün təhlükənin qarşısını alacaq;

– KİV işçilərinin qətli, döyülməsi, oğurlanması, şantaj və psixoloji təzyiq hallarını araşdıracaq:

– jurnalistlərin həbsi faktları üzrə araşdırma aparacaq.

Qarşıya qoyulan məqsədə çatmaq üçün PCQ hüquq- mühafizə orqanları, ictimai təşkilatlar və KİV ilə sıx təmaslar quracaq. PCQ öz işində KİV işçilərinə təhlükələri bağlı şəffaf və obyektiv əks etdirməklə cəmiyyətin dəstəyinə arxalanacaq: press-relizlər yayacaq, aralıq və yekun brifinqlər, mətbuat konfransları keçirəcək.

Artıq iki PÇQ formalaşdırılıb. Onlar publisist Rafiq Tağının qətlinin və “Xural” qəzetinin redaktoru Əvəz Zeynallının həbsinin təhqiqatı ilə məşğuldur. Dekabrın sonlarında ilk jurnalist araşdırmasının nəticələri ictimaiyyətə açıqlanacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button