Ramil Usubov polis rəislərini dəyişdi

Daşkəsən Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat olub. Bununla bağlı daxili işlər naziri Ramil Usubov müvafiq əmr imzalayıb.

Bu vəzifəyə Göygöl Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Vəfadar Orucov təyinat alıb.

Qeyd edək ki, Daşkəsən Rayon Polis Şöbəsinin əvvəlki rəisi Fəxrəddin Abbasov isə Ağsu Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib. (“Report”)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button