Ramiz Mehdiyevin həyat yoldaşı vəzifəyə təyin olundu

Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Kommisiyasının əmri ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutu nəzdində “Kompüter elmləri” və “Ehtimal nəzəriyyəsi” ixtisasları üzrə riyaziyyat elmləri sahəsində fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün Dissertasiya şurası fəaliyətə başlayıb.

AMEA İdarəetmə Sistemləri İnstitutu nəzdində təşkil olunan “Kompüter elmləri” ixtisası üzrə Dissertasiya şurasının sədri professor Qalina Mehdiyeva təyin olunub.

Onu da bildirək ki, AMEA prezidenti Ramiz Mehdiyevin 75 yaşlı həyat yoldaşı – fizika-riyaziyyat elmləri doktoru, professor Qalina Mehdiyeva hazırda Bakı Dövlət Universitetinin Mexaniki-riyaziyyat fakultəsndə Hesablama riyaziyyatı kafedrasının müdiri vəzifəsində çalışır. (Yeniavaz.com)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button