Ramiz Rzayev rüsvayçılığı aradan qaldırdı

«Xural»ın göstərdiyi nöqsanı Ali Məhkəmə gec də olsa, düzəltdi

 Bir neçə gün öncə qəzetimizdə Ali Məhkəmənin üstündə dalğalanan dövlət bayrağının köhnəldiyi və istifadə müddəti bitdiyi üçün cırıldığını yazmış, şəklini dərc etmişdik.

Xatırladaq ki, dövlət bayrağının cırılması Ali Məhkəmənin binasında keçirilən beynəlxalq seminar günlərinə təsadüf etmişdi. Belə ki, sentyabrın 27-28-də Bakıda «İnzibati ədalət mühakiməsi – təcrübə və problemlər» mövzusunda geniş beynəlxalq seminar keçirildi. Tədbirdə Almaniya, Qazaxıstan, Rusiya, Ukrayna, Belarus Ali Məhkəmə sədrləri, Moskva Arbitraj Məhkəməsinin hakimləri iştirak etdilər.

Bu barədə yazılarımıza baxmayaraq, təəssüf ki, Azərbaycanın Ali Məhkəməsinin sədri Ramiz Rzayev həmkarlarını cırılmış dövlət bayrağının dalğalandığı binada qarşıladı.

Dünən nəhayət ki, Ali Məhkəmənin binası üstündəki köhnə bayraq yenisi ilə əvəzlənib. Əvvəlkindən fərqli olaraq, indi dövlət bayrağı Ali Məhkəmə binasının üstündə ön tərəfə gətirilib və daha böyük bayraqdan istifadə edilib.

İndi Ali Məhkəmənin üstündəki dövlət bayrağımız daha diqqətçəkicidir.

Təki bu addım sentyabrın 27-də, seminar başladığı gün atılaydı.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 053 (462), 07 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button