RATİ mətbuatı bir yerə toplayır

Mayın 3-də Ümumdünya Mətbuat Azadlığı Günü Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu Azərbaycanda Mətbuat Azadlığı mövzusunda dəyirmi masa keçirir.

Bu il YUNESKO-nun himayəsi altında keçirilən Ümumdünya Mətbuat Azadlığı Günü – “Kütləvi informasiya vasitələri demokratiya uğrunda: dezinformasiya dövründə jurnalistika və seçkilər” mövzusunda keçirilir.
Bu, həmçinin 2019-cu ildə bələdiyyə, 2020-ci ildə isə parılament seçkilərinin keçiriləcəyi Azərbaycan üçün də aktual mövzudur.

Tədbir zamanı həmçinin jurnalistlərin təhlükəsizliyi və təqib edilməsi ilə bağlı situasiya, informasiyanın əldə edilməsi problemi, internet senzurası, diffamasiya, KİV-lərin obyektivliyi və müstəqilliyi, KİV-lərin iqtisadi durumu, ictimai teleradio yayım sahəsindəki situasiya, jurnalistika etikasının vəziyyəti, seçki öncəsi KİV-lərin işi və Azərbaycanın media məkanının bir sıra aktual problemləri müzakirə ediləcək.

Tədbirdə spiker qismində aparıcı media ekspertlərinin və Azərbaycanın jurnalist cəmiyyəti nümayəndələrinin çıxış  edəcəyi gözlənilir.

Dəyirmi masa cümə günü, mayın 3-də saat 11-dən 13-dək Hilton otelində  (YAGUT zalı), Azadlıq prospekti 1B, Bakı, Azərbaycan ünvanında  keçiriləcək.

Tədbirə dəvətnaməni RATİ sədri, keçmiş vicdan məhbusu Mehman Hüseynov imzalayıb.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button