Redaktorlar Birliyi qayıtdı

qələmBir qrup redaktor tərəfindən Redaktorlar Birliyi yenidən bərpa olunub. Redaktorlar Birliyi illərdir fəaliyyət göstərmir və buna səbəb hakimiyyətyönümlü bəzi mətbuat qurumlarının yaradılması olub. İllər bundan əvvəl fəaliyyət göstərən Redaktorlar Birliyi zamanın mətbuat olaylarına təsir göstərən, bütün mətbu hadisələrin və proseslərin önündə gedən bur qurum olub. Sadəcə, Mətbuat Şurasının və KİVDF-nin yaradılması ilə arxa plana keçən RB zamanla fəaliyyətini dayandırıb.

Qurumu yenidən bərpa edən redaktorlar hətta növbəti görüşün tarixini və yerini də müəyyənəşdiriblər. Redaktorlar Birliyinin növbəti toplantısı sentyabrın 2-də, saat 12.00-da RATİ-nin qərargahında olacaq. İlkin razılaşmalara görə, ayda 2 dəfə toplaşacaq qurum mətbuatda baş verən önəmli prosesləri müzakirə edəcək, önəmli tövsiyələrlə çıxış edəcək və mətbuatın əvvəlki şöhrətini özünə qaytarmaq üçün fəaliyyət göstərəcək.

Redaktorlar Birliyinə zamanla ciddi mətbu simaların qatılacağı gözlənilir.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button