Regionlarda vergi yığımları bahalaşma hesabına artıb?

Yayımlandı: 13 Mart 2024 14:00

İqtisadçı: “Regionların inkişafını göstərən əsl mənzərə parklar deyil, məhz budur”

2023-cü il ərzində regionlarda vergi yığımları 2022-ci illə müqayisədə 11 faiz artıb.
Bu barədə sosial media platforması “X”də İqtisadiyyat naziri Mikayıl Cabbarov yazıb.

Nazir bildirib ki, regionlardan toplanan verginin ümumi məbləği 1,5 milyard manat olub.

Bu da əvvəlki illə müqayisədə yüksəkdir”.

2023-cü ildə Azərbaycanda həm vergi, həm də gömrük daxilolmaları proqnozu üstələyib. Vergi daxilolmaları proqnozdan 1.1 milyard manat, gömrük daxilolmaları 610 milyon manat yüksək olub.

Foto: arxiv

Ekspertlər bu artımın səbəbini bahalaşmada görür. Deyirlər ki, dövlət büdcəsinə daxil olan vəsaitin daha 823 milyon manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətləri hesabına təmin edilib.

İqtisadçı Natiq Cəfərli deyir ki, İqtisadiyyat naziri bir neçə həftə öncə “son 20 ildə regionlara 105 mlrd. manat (təqribən, 130 mlrd. dollara yaxın) investisiya qoyulub”, – demişdi.

“Təsəvvür edin ki, regionlara 105 mlrd. manat sərmayə qoyulub, ildə cəmi 1,5 mlrd. manat vergi yığılır. Bundan başqa, 2023-cü ildə ƏDV daxil fiziki və hüquqi şəxslərin ödədiyi vergi 17 mlrd. manata yaxın olub. Hələ mən kiçik həcmli torpaq, mədən və s. vergi daxilolmalarını saymıram”.

Natiq Cəfərli
Foto: Meydan.TV

İqtisadçı bildirir ki, ölkədə regionların vergi daxilolmalarında payı 9 faiz civarındadır. Onun sözlərinə görə, regionların inkişafını göstərən əsl mənzərə parklar deyil, məhz budur.

Həmçinin Azərbaycanda yanvarın 1-dən mikro sahibkarların gəlir vergisinin məbləği dörd dəfə artıb.

Hökumət rəsmiləri bəyan etdilər ki, illərlə mikro sahibkarlara vergidə güzəşt edilib.

Qanunvericiliyə uyğun gəlir və xərclərin uçotunu aparan fərdi sahibkarların gəlirinin 75 faizinə vergi güzəşti tətbiq olunub.

Əslində ləğv edilən həmin güzəştdir və vəziyyət illər öncəki güzəştsiz hala qayıdıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button