Rövnəq Abdullayev: “Gürcüstanda elmi, təhsili, idmanı inkişaf etdirəcəyik”

Xural.com azadlıq.info-ya istinadən xəbər verir ki, Gürcüstanda idmançılar və ictimaiyyət nümayəndələri ilə görüş keçirilib.
Tədbirdə SOCAR-ın prezidenti, deputat Rövnəq Abdullayev çıxış edərək idmançıları təbrik edib: “SOCAR təkcə Azərbaycanda deyil, qonşu və dost Gürcüstanda da elmin, təhsilin və idmanın inkişafına böyük önəm verir. Azərbaycan Prezidentinin də dediyi kimi, məqsədimiz neft kapitalını insan kapitalına çevirməkdir. Bunun üçün də əlimizdən gələni edəcəyik”.
Xəbəri Report agentliyi yayıb.
Xarici borcu 7 milyard dolları ötmüş, reyting agentliklərinin reytinqini kəskin endirdiyi, hasilatı fəlakətli dərəcədə aşağı düşmüş bir şirkətin rəhbəri başqa ölkədə elmi, təhsili və idmanı inkişaf etdirməkdən danışır. Minlərlə tələbənin maddi imkansızlıq ucbatından təhsili atmaq məcburiyyəti yaşaması, elm adamlarının cüzi maaş səbəbindən başqa sahələrə getməsi, belə problemlərə görə ölkədə elmin və təhsilin dünya stanrtlarından çox aşağı səviyyədə olması şirkət rəhbərini və deputatı sanki heç narahat etmir. Narahat etsəydi belə məsuliyyətsiz bəyanat verməzdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button