Rusiya Stoltenberqin Cənubi Qafqaza səfərindən narahatdır

Yayımlandı: 19 Mart 2024 16:15

“NATO-nun öz təsirini hansısa yolla genişləndirmək cəhdləri, çətin ki, Qafqaza sabitlik gətirsin”

Rusiya NATO-nun Qafqazda mövcudluğunu genişləndirmək cəhdlərinin regiona sabitlik gətirəcəyinə inanmır.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov NATO-nun Baş katibi Yens Stoltenberqin Qafqaza səfərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, NATO-nun Qafqazda mövcudluğunu möhkəmləndirmək üçün ümumi istəkləri Kremlə yaxşı məlumdur və necə deyərlər, adi gözlə görünür:

Həmçinin belə bir anlayış var ki, əslində, NATO-nun öz təsirini və mövcudluğunu hansısa yolla genişləndirmək cəhdləri çətin ki, Qafqaza proqnozlaşdırıla biləcək sabitlik gətirsin”.

Dmitri Peskov. Foto: Meydan TV

Ancaq Dmitri Peskov onu da əlavə edib ki, Qafqaz dövlətləri belə təmaslarda “suveren hüquq”a malikdir:

Əlbəttə, biz diqqətlə izləyirik, lakin biz əsasən, ikitərəfli münasibətlərimizə və ölkəmizin region ölkələri ilə olan əməkdaşlıq alətlərinə diqqət yetirmək niyyətindəyik”.

Hazırda Yerevanda olan NATO-nun Baş katibi Y.Stoltenberq Qafqaz dövlətlərinin başçılarına çağırış edib:

“Mən hamını Putinin işğalçılıq müharibəsində qalib gəlməsinin qarşısını almaq üçün mümkün olan hər şeyi etməyə çağırıram. Əgər Putin Ukraynada uğur qazansa, onun aqressiyası bununla bitməyəcək. Digər avtoritar aktorlar da bundan ilhamlanacaqlar”.

Y.Stoltenberq ötən bazar günü Azərbaycanda, bazar ertəsi isə Gürcüstanda olub.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button