Rusiya təyyarəsinin qəza anları – VİDEO

Rusiya təyyarəsinin qəza anları – VİDEO

Sosial şəbəkələrdə ilkin informasiyalara əsasən, Rusiyanın Airbus-321 sərnişin təyyarəsinin Misir ərazisində, Sina yarımadası üzərində qəzaya uğramasını əks etdirən kadrlar yayılıb.
Musavat.com-un xarici qaynaqlara istinadən verdiyi xəbərə görə, çox da təmiz olmayan kadrlarda qatı tüstü buraxan uçağın yerə düşməsi əks olunub.
Rusiya Müdafiə Nazirliyinə məxsus “Zvezda” telekanalının məlumatlarına görə, hazırda kadrların nə qədər həqiqi olduğu ekspertlər tərəfindən yoxlanılır.
Şarm əl-Şeyxdən (Misir) Sankt-Peterburqa uçan Rusiya sərnişin təyyarəsi ilə əlaqə havaya qalxandan 23 dəqiqə sonra itib. Bundan bir neçə dəqiqə sonra isə o, yarımadadakı əl-Arişa yaşayış məntəqəsinin cənubunda yerə çırpılıb. Təyyarədəki 224 nəfərin hamısı həlak olub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button