Rusiya XİN: “Moskva sülh sazişinin hazırlanmasında Bakı və İrəvana fəal şəkildə kömək edir”

“Rusiya bütün səviyyələrdə siyasi və diplomatik kanallardan istifadə edərək sülh sazişinin hazırlanmasında Bakı və İrəvana fəal şəkildə kömək edir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev brifinqdə deyib.

O əlavə edib ki, sülh sazişinin hazırlanması Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanatın elementlərindən biridir: “Bakı və İrəvandan tez bir zamanda sülhə nail olmaq barədə verilən siqnallar o demək deyil ki, tərəflər istənilən şərtlərlə razılaşmağa hazırdırlar. Bir sıra mürəkkəb mövzulara həll yolları tapılmalıdır”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button