Rusiyada helikopter gölə düşüb
APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, hadisə Leninqrad vilayətində baş verib.
Hadisə yerinə yanğınsöndürənlər və axtarış-xilasetmə briqadaları cəlb edilib.
İlkin məlumatlara görə, helikopter elektrik naqillərinə ilişərək gölə düşüb. Bəzi məlumatlarda isə partlayışın olduğu bildirilir.
Helikopterin göyərtəsində iki nəfərin olduğu ehtimal edilir.