Rusiyada Prezident seçkisi:Putin birinci, Qrudin ikinci, Jirinovski isə… – MSK nəticələri açıqlayır (Yenilənir)

Rusiya MSK-nın məlumatına görə, hazırda seçici səslərinin 41 faizi sayılıb.

Hazırkı nəticələrə görə, Putin 75, Qrudin 14,4, Jirinovski 6,6, Sobçak 1,4 faiz səs toplayıb.

***

Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hazırda seçici səslərinin 30 faizi sayılıb.

Strateq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hesablanan hazırkı səslərə görə, Putin 73,2 faiz səslə liderlik edir…

***

Qeyd edək ki, exit-poll nəticələrinə görə, bugünkü seçkidə Vladimir Putin 70 faizdən çox səs toplayaraq qələbə qazanıb.

***

Seçici səslərinin 21,33 faizinin hesablanmasına əsasən, Rusiyanın hazırkı dövlət başçısı Vladimi Putin bu gün keçirilən prezident seçkilərində 71,97 faiz səs toplayıb.

Bu barədə Rusiyanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Mərkəsi Seçki Komissiyasının məlumatına görə, Kommunist Partiyasının namizədi Pavel Qrudin seçici səslərinin sayına görə ikinci yerdədir. O, 15,9 faiz səs toplayıb.

Liberal Demokrat Partiyasından Vladimir Jirinovski hazırkı nəticələrə görə (6,96 faiz seçici səsi) siyahıda üçüncü yerdə qərarlaşıb. “Vətəndaş təşəbbüsü” Partiyasından telejurnalist Kseniya Sobçak 1,39 faiz səslə namizədlər siyahısında dördüncü olub. Onu 0,77 faiz səslə “Yabloko” Partiyasının qurucusu Qriqori Yavlinski təqib edib.

Xatırladaq ki, bu gün Rusiyada prezident seçkiləri keçirilib. Prezident vəzifəsi uğrunda hazırkı dövlət başçısı Vladimir Putin, Liberal Demokrat Partiyasından Vladimir Jirinovski, Kommunist Partiyasından Pavel Qrudin, Rusiya Ümumxalq İttifaqı Partiyasından Sergey Baburin, “Vətəndaş təşəbbüsü” Partiyasından telejurnalist Kseniya Sobçak, Rusiya Kommunistləri Partiyasından Maksim Suraykin, Boris Titov və “Yabloko” Partiyasının qurucusu Qriqori Yavlinski mübarizə aparıb/Report.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button