Səid Dadaşbəyli azadlığa buraxılacaqmı?

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin qurama ittihamları ilə ağır cəzaya məhkumolunan Səid Dadaşbəyli və onun dostları 13 ildir ki, azadlıqdan məhrum ediliblər.

Yaxınları MTN-nin ləğvindən sonra onların azadlığa buraxılacağını gösləsə də ancaq bu baş vermədi.

Prezidentin son əfv sərəncamında “Səid Dadaşbəylinin dəstəsi” adlanan qrupun üzvlərindən bir  neçəsi azadlığa çıxıb.

Bu günlərdə isə  Səid Dadaşbəyli, Ceyhun Əliyev və Cahangir Kərimov cəzalarının 12,3 ilini çəkdikləri üçün vaxtından əvvəl azadlığa buraxılmaları ilə bağlı məhkəməyə müraciət edilib.

Məlumatı Gununsesi.org-a vəkil Elçin Sadıqov verib.

Vəkil Cinayət Məcəlləsinin 76, Cinayət Prosesual Məcəllənin 513-cü maddələrini əsas gətirərək bildirib ki, həmin şəxslərin həbs müddətlərinin bitməsinə 1,3 il qalıb. “Bu baxımdan onlar cəza çəkdikləri müəssisənin yerləşdiyi ərazinin məhkəməsinə müraciət ediblər.

Cahangir Kərimov Xətai Rayon Məhkəməsinə, Səid Dadaşbəyli və Ceyhun Əliyev Nizami Rayon Məhkəməsinə müraciət edib. Hesab edirəm ki, bu şəxslər vaxtından əvvəl azadlığa buraxılmalıdır, qanun bunu tələb edir”.

Səid Dadaşbəyli, Cahangir Kərimov, Ceyhun Əliyev AR Cinayət Məcəlləsinin 218 (cinayətkar birlik yaratma), 274 (dövlətə xəyanət), 28.2. ( yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq),180.3.1. (Soyğunçuluq. Mütəşəkkil dəstə tərəfindən törədildikdə), 278 (hakimiyyəti zorla ələ keçirmə və zorla saxlama), 228 (qanunsuz odlu silah saxlama), 204 (saxta pul və qiymətli kağzlar hazırlama və ya satma), 234 (qanunsuz olaraq narkotik vasitələri saxlama və daşıma) maddələri ilə ittiham olunaraq, 8-14 il arası azadlıqdan məhrum ediliblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button