Səkkiz siyasi partiya MSK-ya illik maliyyə hesabatını təqdim edib
Səkkiz siyasi partiyaMərkəzi Seçki Komissiyasına (MSK) 2015-ci il üzrə maliyyə hesabatını təqdim edib.
Xural.com report.az-a istinadən xəbər verir ki, həmin partiyalar hakim Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Mübarizləri Partiyası, Azərbaycan Təkamül Partiyası, Azərbaycan Kommunist Partiyası, Ədalət Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Müstəqil Azərbaycan Partiyası və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır.
Qeyd edək ki, Azərbaycan Ədliyyə Nazirliyində 55 siyasi partiya dövlət qeydiyyatına alınıb. Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, MSK-ya təqdim etməlidirlər. Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.