SƏM siyasi məhbusların azad olunmasını tələb edir

Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin (SƏM) növbəti yığıncağı keçirilib. Xural.com-un əldə etdiyi məlumatlara görə, yığıncaqda Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, BAP sədri Elşad Musayev,  KXCP sədri Mirmahmud Mirəlioğlu iştirak edib.
SƏM 1993-cü ilin  iyun ayında baş verən qiyamla bağlı müzakirələr aparıb. 4 iyun qiyamı Rusiyanın Azərbaycanda həyata keçirdiyi dövlət çevrilişi kimi qiymətləndirilib, bu çevrilişin ölkənin taleyində fəlakətlərə səbəb olduğu, ölkədəki demokratik sistemi sıradan çıxardığı bildirilib.
Sədrlər Şurası müxalifət nümayəndələrinin uydurma ittihamlarla həbsini pisləyib, hakimiyyətdən qanunsuz həbs olanların, siyasi məhbusların azad olunmasını tələb edib.
Bundan başqa ölkədəki içtimai-siyasi vəziyyət, gündəmin digər aktual məsələləri müzakirə olunub.
Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button