Şəhid ailələrinin üzvləri üçün güzəştlər artırılır

Şəhid ailələrinin üzvləri üçün güzəştlər artırılır

Sosial iş yerlərinin və işsiz şəxslərin özünüməşğulluğunun, habelə peşə hazırlığının təşkili zamanı şəhidin ailə üzvlərinə üstünlük veriləcək.

Bu, Baş nazir Əli Əsədovun imzaladığı “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında qərarında öz əksini tapıb.

Qərar “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanununa uyğunlaşdırmanı təmin etmək məqsədilə hazırlanıb.

Həmin qanunla edilmiş dəyişikliyə əsasən, şəhidin ailə üzvlərinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada verilən təminatlar sırasına sosial iş yerlərinin və işsiz şəxslərin özünüməşğulluğunun, habelə peşə hazırlığının təşkili zamanı onlara üstünlük verilməsi də əlavə edilib.

Bununla əlaqədar “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” qərarda dəyişiklik edilməsinə zərurət yaranıb.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button