Şəhid anası dəfn edildi – FOTOLAR

20 Yanvar faciəsinin qəhrəmanlıq simvollarından biri, şəhid İlham-Fərizə ailəsinə ağır itki üz verib, İlham Allahverdiyevin anası Ofeliya xanım dünyasını dəyişib.

Şəhid anası bu gün dəfn olundu.

Dəfndə millət vəkili Aydın Mirzəzadə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmət Çağırış üzrə Dövlət Xidmətinin mərkəzi aparatının nümayəndələri, Qarabağ Qazilər İctimai Birliyinin, 20 Yanvar Cəmiyyətinin, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin, Azərbaycanın Milli Qəhrəmanı Fred Asif adına Milli Qəhrəmanları İnkişaf Fondunun nümayəndələri, “Xural“ qəzetinin baş redaktoru Əvəz Zeynallı və digər ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, mərhumun üç, yeddi mərasimi cümə günü, fevral ayının 9-da Yeni Yasamalda keçiriləcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button