“Şəxsi xahişini yerinə yetirmədiyim üçün Eşqi Bağırov məni işdən çıxardı…”

Keçmiş məktəb direktoru Təhsil Nazirliyi əməkdaşının özbaşınalıqlarından danışdı.

Zəngilan rayonundan məcburi köçkün, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Tərəqqi” medalı ilə təltif olunmuş, Təhsil Nazirliyinin kollegiyasının “Fəxri fərman”ına layiq görülmüş, respublika müəllimlərinin XIII qurultayının nümayəndəsi, Qarabağ müharibəsi veteranı, Zəngilan-Qubadlı 125 saylı Seçki dairəsinin, 26 saylı məntəqəsinin müdiri Cəbrayıl Şıxəliyev yarandığı gündən – 1994-cü ilin fevralından 2018-ci il aprelin 12-dək Zəngilan rayonu 4 nömrəli tam orta məktəbin direktoru işləyib.

İş fəaliyyətini davam etdirməyə həm qanuni haqqı, həm də fiziki baxımdan qabiliyyətli çatsa da, işdən çıxarılıb. Cəbrayıl Şıxəliyev Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Bağırov Eşqi və 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Elxan Süleymanovun şəxsi xahişini yerinə yetirmədiyi üçün işdən azad edildiyini bildirir.

Onun sözlərinə görə, Zəngilan rayon icra hakimiyyəti başçısının müavini Nizami Mövsümov, rayon Təhsil şöbəsinin müdiri Nəsib Piriyev, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov əlbir olaraq məktəbə VI sinif ədəbiyyat müəlliminini direktor təyin edirlər.

Cəbrayıl Çıxəliyev qanuni haqlarının bərpası üçün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, I Vitse-prezident Mehriban Əliyevaya və respublikanın müvafiq nazirlərinə müraciət edir.

Redaksiyadan: Məqalədə adı çəkilən hər kəsin mövqeyini dərc etməyə hazırıq.

Xural.com

 

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button