Sabunçunun icra başçısı əlilin köşkünü necə aşırdı?

2-ci qrup əlil Riad Sultanov öz hesabına hazırladığı köşkün Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev tərəfindən qanunsuz olaraq sökülərək, necə dərəyə yuvarladıldığını və yararsız hala salındığını bu cür izah edir:

“Mən, Riad Sultanov Rafiq oğlu nəzərinizə çatdırmaq istəyirəm ki, 2-ci qrup əliləm və həkimilərin mənə qoyduğu diaqnoza əsasən, artıq öz sənətim üzrə çalışabilməyəcəyimi nəzərə alaraq 2022-ci ilin sentyabr ayında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı E.Əzizova Bakı şəhərinin hər hansı bir nöqtəsində köşk icarəsi ilə bağlı mürəciət etmişəm. Lakin İcra Hakimiyyətinin balansında köşkün olmadığını və mənə öz vəsaitim hesabına köşk hazırlamaq  məsləhət görüldü. Məndə bu vəsait olmadığı üçün həm yaxınlarımdan borc, həm də bankdan 6400 manat məbləğındə kredit əldə etdim. Köşk hazır olduqdan sonra mən şəhərin müxtəlif yerlərinin foto və video görüntülərini çəkib həmin quruma göndərmişəm, lakin mənə həmin yerlərdə köşkün qoyulmasına icazə
verilməyib.
Bu ilin dekabr ayının 8-də Suraxanı rayonunda əlverişsiz bir noqtədə mənə köşk qoyulması üçün yer verildi. Lakin ertəsi gün mən həmin əraziyə getdikdə köşkümün orada olmadığını gördüm. Ətrafdakı insanlardan köşkün İcra Hakimiyyəti tərəfindən mənə xəbərdarlıq etmədən götürülüb arxa tərəfdəki dərəyə atıldığını öyrəndim. Həqiqətən də gedib dərəyə baxdım və köşkün yararsız vəziyyətə düşdüyünün şahidi oldum”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button