Şah İsmayılın Bakıdakı abidəsini qəfil götürdülər

Bakının mərkəzində Şah İsmayıl Xətainin abidəsi sökülür.

Virtualaz.org bildirir ki, bu barədə sosial şəbəkələrin istifadəçiləri məlumat yayıblar.

Məlumata görə, Yusif Səfərov küçəsinə texnika və polis əməkdaşları cəlb olunub. Abidənin hara aparılacağı və harada qoyulacağı hələ bilinmir.

Xatırladaq ki, prospektdə yol qovşağının yaradılması ilə əlaqədar abidənin söküləcəyi barədə hələ 2017-ci ildə anons verilmişdi.

Onu da qeyd edək ki, Şah İsmayıl Xətai görkəmli tarixi şəxsiyyətdir, Səfəvilər dövlətinin banisi və ilk hökmdarı olub. Vahid Azərbaycan dövlətinin əsasını qoyan və Azərbaycan dilini dövlət dili səviyyəsinə qaldıran məhz o olub. Şah İsmayıl Xətai təxəllüsü ilə lirik və epik şeirlər də yazıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button