Sanksiyada olan şirkət Azərbaycanda

Rusiyanın “AvtoVAZ” şirkəti Azərbaycanda “Lada” avtomobillərinin yığılmasına başlayıb. Bu barədə Rusiya şirkətinin mətbuat xidməti xəbər verir.

Məlumata görə, Azərbaycanda bu ildə min 500, yaxın illərdə isə 4-5 minə qədər avtomobil istehsal etmək planlaşdırılır.

2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı müharibəsinə cavab olaraq Amerika Birləşmiş Ştatları (ABŞ) “AvtoVAZ” şirkətinə də sanksiya tətbiq edib. Vaşinqton xəbərdarlıq edib ki, bu şirkətlə əməkdaşlıq edən üçüncü ölkələri də hədəfə ala bilər.

Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanısa və ona humanitar yardımlar göndərsə də, Qərbin ona təcavüzünə görə Rusiyaya tətbiq etdiyi sanksiyalara qoşulmur.

İki il əvvəl, fevralın 22-də Moskvada iki ölkə rəhbərliyi “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button