Sankt-Peterburqdan Bakıya yeni aviareys açılacaq

Təyyarə

Sankt-Peterburqun Pulkovo Hava limanından Bakıya yeni aviareyslər açılacaq.

Apa.az-ın baltika.fm-ya istinadən verdiyi məlumata görə, bu barədə Hava limanının operatoru məlumat yayıb.

Pulkovo Hava limanı bu gündən yaz-yay iş rejiminə keçir. Rusiya aviaşirkətləri yaxın vaxtlarda Hava limanından Bakı, Roma, Veron, Barselona, Palma-de-Mayorkaya yeni aviareyslər açmağı planlaşdırırlar.  Yay mövsümündə bu Hava limanından  Zaqreb, Belqrad və Şanxaya da yeni aviareyslər açılacaq. Uçuş cədvəllərinə əsasən Rusiya aviaşirkətlərindən biri Sankt-Peterburqdan Batumiyə aviareyslər təşkil edəcək.

Yay uçuş cədvəli 29 oktyabr 2016-cı ilə qədər qüvvədə olacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button