“SELCANIN MƏMLƏKƏTİ”NDƏ ƏVƏZ ZEYNALLI UNİVERSİTETİ

“Əvəz Zeynallı həqiqətən də Türkiyə Cumhuriyyəti Ankara Dövlət Universitetinin hüquq fakültəsinin məzunu olmayıb” iddialarına cavab…
*** 
İGİD TEYMURLU

Heyif…çox heyif!!!

Əvəz Zeynallının tələbəlik illərinə “ayna tutmağa çalışan tələbə yoldaşları” o aynada özlərinə baxsalar, şübhəsiz ki, iyrənc bir vücuda gözləri sataşacaq. Bu adamların etdikləri o qədər iyrəncdir ki, adam bunu tənqid etməyə belə uyğun söz tapa bilmir.

Bu qul psixologiyalı varlıqlar unudurlar ki, Əvəz Zeynallı artıq özü bir universitetdir. İndi Əvəz Zeynallını vərəq-vərəq oxumaq gərəkir, a bədbəxtlər.

Indiki durumda “Əvəz Zeynallının tələbə yoldaşları” onun övladlarına, onun ailəsinə hər cür mənəvi, lap elə maddi köməkdə bulunmalıykən durub sərsəri yanaşma sərgiləyirlər. Guya ki, “Əvəz Zeynallı Ankara Universitetinin hüquq fakültəsini bitirməyib”….

Bu insanlar hansı təfəkkürün sahibləridilər?…

Nə qədər səviyyəsizlik?!

Nə qədər mədəniyyətsizlik?!

Nə qədər etik normalardan kənara çıxma nümunəsi?!..

Sizlərin belə davranışınız ürək bulandırsa da, neyləmək olar. Bu da millət olaraq “ah, başımıza gələnlər!” seriyasından növbəti tamaşaya baxmaq qismətimiz…

UNUTMAYIN: Əvəz Zeynallının müstəqil mətbuatımızın yaranmasında müstəsna xidmətləri var. Mətbuatımızı şəbəkələşmədən, buyruq qulu olmadan xilas etməyə çalışıb Əvəz bəy!

Bunun üçün hər kəsin söz haqqını, hər kəsin cavab haqqını tanıyıb…

Milli düşüncəyə, milli məfkurəyə söykənərək gücü qədərində Zərdabi ənənələrinə sadiq qalıb Əvəz bəy!

Hətta Əvəzin yanlışları belə məmləkətimizin gözəlliyi kontekstində bir naxışdır. İnsanı keyfiyyətlərin çoxu Əvəzin varlığında cəm olub. Dövlətinə, millətinə sevgisi sonsuzdur Əvəzin. Səmimiliyi, dürüstlüyü, mübarizliyi, sözə sadiqliyi, sadəliyi ilə əvəzedilməzdir.

Yerdəki allahların zülmünün sonucu olaraq zaman-zaman dəmir barmaqlılar Əvəzin nəsibi olsa da, onun durumundan sui-istifadə etmək istəyənlərə heç zaman yem olmayıb, heç zaman QURTULUŞU və qazancı naminə dövlətimizin yaxasını dartan, yırtanların əlinə verməyib.

Bütövlükdə mətbu atı yallama çapanlardan fərqli olaraq hər zaman mətbuatımızın inkişafına, oxucu dünyagörüşününün artmasına, millətin maariflənməsinə çalışıb. Milləti gələnəklərimizdən gələn “Xural”a toplayıb, “Xural”a çağırıb, hər kəsin danışmaq haqqın tanıyıb. Düşündüklərini və ona yüksək çinli məmurlar tərəfindən ötürülən dezonformasiyaları “fakt” kimi cəmiyyətə alınanlardan fərqli olaraq Əvəz Zeynallı əlahəzrət faktın özünə söykənib…

Heç şübhəsiz ki, hamımız kimi Əvəzin də səhvləri olub və var. AMMA VƏ LAKİN başdan ayağa ÇİRKAB içində olanların Əvəzin ünvanına çamur atmaları tamamilə yersiz və gülüncdür, ikrah doğurur…

Bu gün Əvəz həbsxanadadırsa, bəlkə də daha çox itirən Azərbaycan mətbuatıdır. Onun həbsxana həyatı Məlahət xanımı, Selcan bala və bacısını daha da mətinləşdirir. Bu da bir ömürdür ki, “SELCANIN MƏMLƏKƏTİ”ndə yaşayır, həm də bir əcaib sürünün yaşantılarına şahidlik edirik…

Allah bilən məsləhətdir. İnşallah Əvəz bəy tezliklə öz doğmalarına qovuşar. Amma bizlər dövlət və millət olaraq Əvəz Zeynallı kateqoriyasında olan aydınlarımızın potensialından zamanında istifadə edə bilmədiyimizə görə nəinki bu günümüzü fövtə verir, hətta gələcəyimizi belə sual altına qoyuruq!!!

Heyif…çox heyif!!!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button