Sergey Lavrov: “Taliban” hələ bütün Əfqanıstana nəzarət etmir”

Rusiya XİN başçısı Sergey Lavrov “Taliban” qruplaşmasının hələ bütün Əfqanıstan ərazisinə nəzarət etmədiyini bildirib.

TASS xəbər verir ki, o, Əfqanıstandakı bütün qüvvələri dialoqa çağırıb.

“Əfqanıstanın Pəncşir vilayətindəki situasiya barədə məlumatlar var. Orada Əfqanıstanın birinci vitse-prezidenti Əmirulla Salehin və Əhməd Məsudun müqavimət qüvvələri toplaşıb. Vətəndaş müharibəsi bütün Əfqanıstana yayılanda biz bütün qüvvələrin iştirakı ilə ümummilli dialoqa çağırmışdıq. İndi də tərəfləri bütün etnokonfessional qüvvələrin iştirakı ilə ümummili dialoqun gerçəkləşdirilməsinə çağırırıq.

Bu, əzabkeş ölkədə hökumətin formalaşmasına, nümayəndəli idarəetmənin yaranmasına imkan verəcək”, – S.Lavrov bəyan edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button