Şirvanda işsizlər aksiya keçirdi
15 Fevral 2016
0
Fevralın 15-də Şirvan şəhərində yüzlərlə insan yerli Məşğulluq İdarəsinin binası qarşısına toplaşaraq işlə təmin olunmalarını tələb ediblər.
Bu haqda bastainfo.com-a Müsavatın Şirvan təşkilatının sədri Əlikram Xurşidov məlumat verib.
“Hər gün insanlar Məşğulluq İdarəsinin önünə yığılaraq iş tələb edirlər. Bu yaxınlarda Şirvan şəhərindəki “Mədəniyyət evində” keçirdiyi görüşdə müdafiə sənayesi naziri Yavər Camalov vətandaşların işlə təmin olunacağını vəd etmişdi. Ona görə bu gün təqribən 500-ə yaxın işsiz insan Məşğulluq İdarəsinin qarşısına yığışaraq, bu vədə əməl olunmasını tələb ediblər”, – Xurşidov bildirib.
Faktı Meydan TV-yə Şirvanda yaşayan jurnalistlər də təsdiqləyiblər.
15 Fevral 2016
0