“Siyasət meydanı”nda İlham İsmayılla “Milli Məclis niyə toplanır?” müzakirəsi-VİDEO

“Siyasət meydanı”nda 03 iyul 2019-cu il, çərşənbə/üçüncü günkü qonağımız Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıldır. Hər zamankı kimi saat 20.00-da başlayan canlı yayında Əvəz Zeynallı ilə Qarabağ ətrafında yaranan son vəziyyəti müzakirə edən İlham İsmayıl həm də Milli Məclisin növbədənkənar toplantıya çağırılmasını müzakirə edib.

“Siyasət meydanı”nın 6-cı buraxılışında Milli Məclisin niyə növbədənkənar toplantıya çağrıldığı, hakimiyyətin Qarabağ siyasətinin niyə bu qədər qətiyyətsiz olduğu, Xarici İşlər nazirinin sülhməramlı qüvvələr haqqında dediklərinin nəyə dəlalət etdiyi müzakirə olunub, Müdafiə nazirinin necə “dünyadakı vəziyyət müharibə aparmağa imkan vermir” deyə bildiyinə cavab axtarmağa çalışılıb. O suala cavab axtarılıb ki, “aparılan siyasətin adı nədir: xalqlar arasında yaxınlaşma, xalqları sülhə hazırlama, dialoq, yoxsa təslimçilik ruhu?” Həm də o məsələ diqqətə çatdırılıb ki, ermənilərin Su-30 qırıcı təyyarələr almasının qarşısını Azərbaycan ala bilərmi?

Bundan başqa, İlham İsmayılla 1992-ci ildə döyüş bölgəsində indiki DTX sədri Əli Nağıyevin də döyüşdüyü video haqqında da söhbət olunub və İsgəndər Həmidovun son yayılan videosunda səslənən bəzi məqamlara da münasibət bildirilib. Xural.com “Siyasət meydanı”nın 6-cı bölümünü təqdim edir:

 

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button