SOCAR-dan Mübariz Mənsimovun gəmilərinin müsadirəsi xəbərinə REAKSİYA

SOCAR-ın məşhur iş adamı Mübariz Mənsimova məxsus 14 gəmini müsadirə etməsilə barədə məlumatlar yayılıb. Bildirilib ki, “Palmali” şirkəti SOCAR və “Lukoil” tərəfindən “qara siyahı”ya salınıb. Dünyanın ən böyük tanker donanmasına malik olan “Palmali” ilə SOCAR və “Lukoil” arasında uzun müddətdir baş verən məhkəmə çəkişməsu buna əsas göstərilir.

Məlumata görə, dünyanın ən irihəcmli xam neft istehsalçısı olan “Lukoil” və bu şirkətin törəmələri “Palmali” şirkətlər qrupunun törəməsi “Palmali Denizçilik” ilə neft daşıması üzrə müqavilələrə xitam verib.

Bununla yanaşı, SOCAR da “Palmali”yə məxsus gəmilərin emal zavodlarına və müəssisələrinə girişinə qadağa qoyub. “Palmali Denizçilik” şirkəti borclarını vaxtında ödəmədiyinə görə, SOCAR-ın şirkətə məxsus 14 gəmini öz mülkiyyətinə keçirdiyi bildirilir.
Qeyd edək ki, bir müddət öncə “Palmali” ikinci dəfə “Lukoil” şirkətinin törəmə müəssisəsi olan “Litasco”nu məhkəməyə verib və 2 mlrd. dollar məbləğində təzminat tələb edib.

Məsələ ilə bağlı SOCAR-ın mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“SOCAR Mübariz Mənsimov və ya “Palmali” şirkətlər qrupuna məxsus gəmiləri müsadirə etməyib, ona qarşı buna bənzər hər hansı bir tədbir də görməyib. “Palmali” şirkətlərinə aid olan gəmilərin limanlara buraxılması müvafiq orqanların səlahiyyətindədir və SOCAR bununla bağlı hər hansı məlumata malik deyil”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button