SOCAR-ın zavodunda baş verən yanğın söndürülüb-7 nəfər xəsarət alıb

Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhərində SOCAR-ın “Azərkimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda baş verən yanğının söndürülməsi ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, zavodun ümumi sahəsi 1200 m2 olan qazayırma sahəsində qaztəmizləmə kolonunun içərisində yanacaq qalıqları yanıb. Digər avadanlıqlar, kommunikasiya xətləri və yaxınlıqdakı istehsalat sahələri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın zamanı zavodun 7 nəfər əməkdaşı müxtəlif xəsarətlərlə xəstəxanaya aparılıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button