Spiker deputatlara irad tutdu: “Bəsdirin də!”
Milli Məclisin iclasında gedişində Oqtay Əsədov parlamentin bugünkü iclasında deputatlara telefonlarını söndürmədiklərinə görə irad tutub. “Belə olmaz axı! Dəqiqədə bir zəng gəlir. Gəlin bir-birimizə hörmət edək”. Spiker deyib ki, dəfələrlə bu iradı səsləndirmək istəyib, amma özünü saxlayıb:
“Dəfələrlə istəmişəm bunu deyəm, amma özümü saxlamışam. Daha bəsdirin də! Telefonları gətirirsiniz iclasa, dinmirik. Heç olmasa, iclas zamanı zəngləri, telefonda qurdalanmağı yığışdırın! Diqqətiniz iclasda olsun!”.
Qeyd edək ki, artıq 3 ildir Milli Məclisə android və smartfon tipli telefonlarla giriş qadağandır.